Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ - VİDEO

Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ - VİDEO

Hazırda oxunan: Nigar Şabanova qızının sağalması üçün TÖVBƏ EDİBMİŞ - VİDEO

197914

"Qızım Nəfisə ilə bir ildir böyük mübarizə apardıq. Nadir xəstəliklərdən idi. Bu da bizimlə bir ömür gedəcək. Müəyyən iynələr var idi ki, burada tapılmırdı, xaricdən gətirdik. Dörd həftədən bir iynə vuruldu. Artıq üç iynə qalıb. Ondan sonra altı aydan bir vurulacaq. Bilmədim, Allaha necə yalvarım ki, uşağım gözümün qarşısında əziyyət çəkməsin. Qərar verdim ki, ona bir də “uşağım” deməyim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Tarixin Bir Günü" verilişində deyib.

Körpəlikdən övladlığa götürdüyü qızı Nəfisənin ağır və nadir xəstəlikdən əziyyət çəkdiyini söyləyən sənətçi göz yaşlarına hakim ola bilməyib:

"Allah onu ata-anasına qismət etdi. Xalam qızı zəng etdi ki, Nigar, tövbə et. Çünki illərlə mübarizə apardın, çox istədin ailən, övladın olsun. Amma bəlkə də Allaha ağır getdi. Onsuz da o sənə ana deyir. Mənə çətin olsa da, tövbə etdim. Allahdan üzr istədim.
Dedim, o uşağı istəmirəm, ay Allah. Ata-anasının xatirinə sağlamlığını özünə qaytar. Çünki bir neçə gündə o qədər pisləşmişdi. Artıq onu tanıya bilmirdim, şişməyə başlamışdı. Dedim, Allah, evimdən mənə çox doğma olan zinət əşyasını verəcəm. İndi də üzərimdədir, bəlli bir qiyməti var”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO