“Sabah” keçmiş futbolçusunu GERİ QAYTARDI 

“Sabah” keçmiş futbolçusunu GERİ QAYTARDI 

Hazırda oxunan: “Sabah” keçmiş futbolçusunu GERİ QAYTARDI 

197290

Yeni mövsüm üçün heyətini gücləndirməyə çalışan "Sabah" bir futbolçunun keçidini həll edib.

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsi yenidən heyətinə qatıb. 

Azərbaycanı tərk etdikdən sonra Səudiyyə Ərəbistanının "Əl-Feysəli" klubunda oynamış almaniyalı yarımmüdafiəçi "Sabah"a qayıtmağa razı olub. Yaxın vaxtlarda tərəflərin rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, onun xidmətində "Neftçi" də maraqlı idi. Mikels Səudiyyə Ərəbistanına yollanana qədər "Sabah"ın heyətində 69 oyun keçirib, 33 qol vurmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO