İyunun 13-də bir nəfər Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Ordubad rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.
Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bizim.Media
![Ordubadda 48 yaşlı kişi qisas zəminində həmkəndlisini qətlə yetirdi Ordubadda 48 yaşlı kişi qisas zəminində həmkəndlisini qətlə yetirdi](https://bizim.media/file/articles/2024/06/14/1718312486_142e21be-c705-30f7-8d40-c0452d724813_850.jpg)
- A-
- A
- A+
Cəmiyyət
01:00 / 14.06.2024
Ordubadda 48 yaşlı kişi qisas zəminində həmkəndlisini qətlə yetirdi
Hazırda oxunan: Ordubadda 48 yaşlı kişi qisas zəminində həmkəndlisini qətlə yetirdi
Hazırda oxunan: Ordubadda 48 yaşlı kişi qisas zəminində həmkəndlisini qətlə yetirdi
197204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.