Con Varoli: “Tramp və Bayden prezident olmayacaq, onların yerinə...” – EKSKLÜZİV 

Con Varoli: “Tramp və Bayden prezident olmayacaq, onların yerinə...” – EKSKLÜZİV 

Hazırda oxunan: Con Varoli: “Tramp və Bayden prezident olmayacaq, onların yerinə...” – EKSKLÜZİV 

196535

“Trampın qalib gəlmək şansı çox azdır. Seçkilərdə demokratların namizədinə 99 faiz şans verirəm. Ona görə Demokratların namizədi deyirəm ki, Baydenin namizəd olacağını düşünmürəm. Məncə, Mişel Obama, bəlkə də Kamala Harris namizəd olacaq, amma Bayden olmayacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı siyasi şərhçi və geosiyasət sahəsində ekspert Con Varoli deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Baydenin reytinqində GÖZLƏNİLMƏZ AZALMA – Ağ Evin qapıları Trampın üzünə AÇILIR...


“Müharibə NATO və Rusiya arasındadır”

ABŞ-dakı prezident seçkiləri və seçkilərin nəticələrinə görə Rusiya-Ukrayna müharibəsinin mümkün gedişatını şərh edən politoloq, Trampın seçiləcəyi təqdirdə vəziyyətin tamamilə dəyişməyəcəyini bildirib:

“Seçilmək ehtimalı 1 faiz olsa da, Tramp qalib gəlsə, Rusiyaya qarşı müharibənin seyri dəyişəcək. Əlbəttə, sözügedən münaqişə heç vaxt Rusiya-Ukrayna müharibəsi olmayıb. Söhbət həmişə NATO-nun genişlənməsindən, sonra isə NATO-nun Rusiyaya hücumundan gedirdi. 

NATO silahları Ukrayna tərəfindən Rusiyaya hücum etmək, bu ölkənin hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirmək üçün istifadə olunur. Bildiyimiz kimi, Ukrayna artıq faktiki olaraq NATO-nun üzvüdür, elə deyilmi? Rəsmi olmasa da, əsas etibarilə, o, NATO-nun üzvüdür və NATO Rusiyaya qarşı müharibə aparır.

Bu siyasət Tramp seçilsə belə davam edəcək. Niyə? Çünki Amerikanın xarici siyasətini prezident təyin etmir”, - deyə politoloq bildirib. 

“Prezidentin kim olmasının fərqi yoxdur, çünki...”

Ekspert hesab edir ki, Amerika siyasəti hansısa partiyanın hakimiyyətə gəlməsindən, kimin prezident seçilməsindən asılı olmayaraq dərindən tək güclə idarə edilir. Elə bu səbəbdən də, ABŞ-ın dünya siyasətinə təsiri prezidentin kim olmasına görə dəyişmir:

“Prezidentin işi sadəcə olaraq sənədləri imzalamaqdır və mən bunu şişirtmirəm. Amerikanın xarici siyasəti sözün əsl mənasında onilliklər, yüzilliklər üçün qurulur və bu, dəyişmir. Hətta Amerikanın son 30 ildə Yaxın Şərqdəki siyasətinə də nəzər sala bilərik. 30 il müharibə, qırğınlar, işğallar getdi. Prezidentin Respublikaçılardan və ya Demokratlardan olması heç bir fərq yaratmadı. 

Siyasət eyni idi, çünki Amerikada xarici siyasət elitası var. Xarici siyasət elitası bizim xarici siyasətimizə nəzarət edir. Onlar gələcək onilliklər üçün xarici siyasəti müəyyən etdilər. Biz isə bundan şoka düşməməli, şikayət etməməliyik. Mən əslində bunu normal görürəm, çünki bilirsiniz ki, siz uzun illər gələcək siyasəti müəyyənləşdirən elitanı istəyirsiniz. Demək istəyirəm ki, davamlılıq vacibdir. ABŞ bu müharibəni Rusiyaya qarşı aparır və Ukraynadan Rusiyaya hücum etmək üçün vasitə kimi istifadə edir”, - deyə C.Varoli qeyd edib.

“Trampın vədləri sadə insaları aldatmaq üçündür”.

“Demək istəyirəm ki, Tramp Prezident seçilsə belə, o, Rusiyaya qarşı müharibə siyasətini davam etdirəcək. Onun şok yaradan tezisi bu oldu: “mən müharibəni 24 saat ərzində həll edəcəm”. Bu cəfəngiyatdır. Ona şans verməyəcəklər, ona deyəcəklər ki, müharibəni davam etdirməlisən, silah göndərməyə davam etməlisən, Zelinski və ya o vaxta qədər hakimiyyətdə olan hər kəsi dəstəkləməyə davam etməlisən. Kiyevin də seçim etmək şansı olmayacaq”, - deyə C.Varoli əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO