“Son günlərdə Əmlak Komitəsi ilə ofis, qərargah haqqında müqaviləni imzalamışıq. Hal hazırda qərargahın formalaşdırılması, şəraitin yaradılması prosesi gedir”.
Bu sözləri Bizim.Media-nın “Firqələrdə nə var, nə yox” sualını cavablandırarkən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
O bildirib ki, pandemiya ilə əlaqədar çoxsaylı iclasların keçirilməsi məhdudiyyəti var, həm də qərargahın qurulması məsələsi tam öz həllini tapmayıb:
“Hazırda qərargah problemimiz var, iş şəraitinin uyğunlaşdırılması prossesi gedir, ondan sonra biz yeni qurultay hazırlığına başlamaq istəyirik. Gələn il qurultay keçirilməlidir. Həm də təşkilatlanmanın yenidən formatlaşdırılması prosesi başlanır. Bununla əlaqədar hazırda Ali Şuranın iclasını hazırlamaq istəyirik. Əgər mümkün olarsa, may ayından sonra bəzi məhdudiyyətlərin götürülməsi nəzərdə tutulub”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 30.04.2021
“Əmlak Komitəsi ilə problemimizi həll etdik” – Pənah Hüseyn
Hazırda oxunan: “Əmlak Komitəsi ilə problemimizi həll etdik” – Pənah Hüseyn
Hazırda oxunan: “Əmlak Komitəsi ilə problemimizi həll etdik” – Pənah Hüseyn
19601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.