Türkiyədə anomal istilər - Meşə yanğınları ilə bağlı xəbərdarlıq edildi

Türkiyədə anomal istilər - Meşə yanğınları ilə bağlı xəbərdarlıq edildi

Hazırda oxunan: Türkiyədə anomal istilər - Meşə yanğınları ilə bağlı xəbərdarlıq edildi

195507

Bir neçə gündür hidrometeoroloqlar tərəfindən Türkiyə ərazisində proqnozlaşdırılan anomal isti hava şəraiti bu gündən etibarən özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki məlumat verib.

Nazir qeyd edib ki, ölkə ərazisində bu gündən etibarən artan temperatur mövsüm normalarından 6-10 dərəcə yüksək olacaq, bəzi bölgələrdə 40 dərəcəni keçəcək.

Nazir havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən baş verə biləcək meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Məlumatlarda anomal istilərin bu həftənin sonunadək davam edəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO