Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ailə qurduğu müğənni Mərdan Kazımovla bal ayına yollanıb.
Bizim.Media xəbər verir ki, cütlük Mavrikiyaya (Afrikada böyük dəniz şəhəri) səfər edib.
Paytaxt Port-Luidə istirahətinin dadına çıxaran Nəzrin və Mərdan qaldıqları lüks oteldən tutmuş yedikləri yeməyə kimi çəkdikləri foto və videoları sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Nəzrini bu tətildə ən çox üzən isə tez-tez yağışların yağması olub.
Qeyd edək ki, Nəzrin və Mərdan cütlüyü istirahətdən əvvəl müğənni Çingiz Mustafayevin Kuşadasında keçirilən toy məclislərində iştirak edib.
Rəşad Əliyev, Bizim.Media