Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE 

Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE 

Hazırda oxunan: Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE 

193085

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib. 

Bizim.Media xəbər verir ki, Rəşadət Orucov Qubadlı rayonunda anadan olub.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndiyə prokuror TƏYİN EDİLDİ 


O, 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir Şəhər Prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz Rayon Prokurorluğunun böyük müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 

2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO