“Atların qiymətində ciddi artım var” - Peşəkar Çövkən Liqasının Prezidenti 

“Atların qiymətində ciddi artım var” - Peşəkar Çövkən Liqasının Prezidenti 

Hazırda oxunan: “Atların qiymətində ciddi artım var” - Peşəkar Çövkən Liqasının Prezidenti 

193059

“Atların qiymətində ciddi artım müşahidə olunur. Çünki 2019-cu ildə verilən qərara əsasən, yarışlarda ancaq milli cins atlardan istifadə olunur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının Baş katibi, Peşəkar Çövkən Liqasının Prezidenti Bəhruz Nəbiyev bu gün  keçirilən mətbuat konfransında deyib. 

“Biz daim sponsor axtarışındayıq. Çünki başqa gəlir yeri yoxdur. İştirakçı komandaların yeganə marağı mükafat əldə etməkdir.

Bizim də məqsədimiz mükafatları yüksək etməkdir. Bir sıra layihələrimiz var. 2026-cı ildən ikinci liqanı da təsis etməyi düşünürük ki, daha aztəminatlı komandalar iştirak edə bilsinlər. Bu bizim üçün yeni layihədir. Yəni ilk dəfədir ki, atçılıq üzrə bir liqa təsis edilir. Ona görə də komandaların sayının artması vacibdir” - deyə, Bəhruz Nəbiyev bildirib.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO