Türkiyəli deputat erməni həmkarı Paylanı təhdid etdi: “Sənin də aqibətin belə olacaq”

Türkiyəli deputat erməni həmkarı Paylanı təhdid etdi: “Sənin də aqibətin belə olacaq”

Hazırda oxunan: Türkiyəli deputat erməni həmkarı Paylanı təhdid etdi: “Sənin də aqibətin belə olacaq”

19292

Türkiyənin müstəqil deputatı Ümit Özdağ kürdyönlü müxalif Xalq Demokratik Partiyasından (XDP) olan erməni həmkarı Qaro Paylanı təhdid edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “ermenihaber” nəşri yayıb.

Mənbə yazır ki, buna səbəb Paylanın “erməni soyqırımı”nın 106-cı ildönümü münasibətilə “Twitter”dəki yazısı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə rəsmisi azərbaycanlılarla bağlı ABŞ rəhbərliyinə çağırış etdi


Özdağ Paylanın açıqlamasına belə cavab verib:

“Kobud, təxribatçı bir insansan. Çox xoşbəxt deyilsinizsə, yazarın dizlərinə döşənin. Tələt Paşa vətənpərvər erməniləri deyil, sizin kimi insanları sürgün edib. Vaxtı gələndə sənin də aqibətin belə olacaq. O gün mütləq gələcək”.

Qaro Paylanın ona reaksiyası çox keçikməyib:

“Xalqımı (erməniləri nəzərdə tutur) məhv etmək düşüncəsinə sahib olanlar “bunu bir daha edəcəyik” deyirlər. Bəli, çoxları ölüb, amma sağ qalanlar ədalət uğrunda mübarizələrini dayandırmayıblar. Məndən sonra da dayandırmayacaqlar”.

Qeyd edək ki, Paylan 24 aprel tarixində "106 il sonra “soyqırımı” memarı Tələt Paşanın adını daşıyan küçədə gəzirik" yazıb.

Xatırladaq ki, 1921-ci ildə dünyasını dəyişən Tələt Paşa V Mehmet Rəşad və VI Mehmet Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı olub. 

Türkiyənin çörəyini yeyən, suyunu dadan, havasını udan bir erməninin belə tarixi şəxsi təhqir etməsi rəsmi Ankaranın hüquq mühafizə orqanlarının diqqətindən yayınmamalı və Paylan işlətdiyi ifadələrə görə dərhal məhkəmə qarşısına çıxarılmalı və layiqli cəzasını almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO