Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı birinci layihədə Türkiyə şirkətinin iştirakından məmnunluğunu ifadə edib. Bildirib ki, qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək:
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən ermənilərə sonuncu XƏBƏRDARLIQ - “Axırı pis olacaq”
“Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük."
"Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz”.
Bizim.Media