Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb.
Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.
Bizim.Media xəbər verir ki, qurumdan "qafqazinfo.az"a bildirildi ki, hasarlanma parkın ərazisinin genişləndirilməsi ilə əlaqədardır:
"Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri ilə aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək".
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mart ayının əvvəllərindən etibarən Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Həmçinin həftəsonları bağın yaxınlığındakı bəzi küçələrə avtomobillərin hərəkətinə mədudiyyət qoyulur.
Həmin ərazidən çəkilən fotoları təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:44 / 17.05.2024
“Molokan” bağına giriş bağlandı – FOTO
Hazırda oxunan: “Molokan” bağına giriş bağlandı – FOTO
Hazırda oxunan: “Molokan” bağına giriş bağlandı – FOTO
192573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.