2021-ci ilin əvvəlində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üçün təsdiqlənmiş kredit vəsaitlərinin həcmi 2,68 milyard dolları keçib.
Bizim.Media xəbər verir ki, bu barədə AİB-in 2020-ci il üzrə hesabatında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Əmanətlərin qorunmasında YENİLİK – “Pulunuz 100 min manatdan çoxdursa...”
Hesabata əsasən, həmin məbləğin 2,52 milyard dolları və ya 93,7 faizi artıq müxtəlif layihələrin maliyyələşdirilməsi üçün istifadə olunub. Kredit məbləğinin 168 milyon dolları və ya 6,3 faizi hələlik istifadə olunmamış qalır.
Qeyd edək ki, Azərbaycan üçün ayrılan kredit vəsaitləri bankın ümumi kredit portfelinin 1,44 faizini təşkil edir.
1999-cu ildən bugünədək AİB Azərbaycana 4,4 milyard dollar məbləğində vəsait ayırıb. (Milli.az)
Bizim.Media