Bakıda dörd dost ağır QƏZAYA DÜŞDÜ - Biri öldü

Bakıda dörd dost ağır QƏZAYA DÜŞDÜ - Biri öldü

Hazırda oxunan: Bakıda dörd dost ağır QƏZAYA DÜŞDÜ - Biri öldü

192353

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, gecə saat 01 radələrində 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

Bildirilir ki, qəzaya düşən 4 gənc dost olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO