Xokkey komandamız növbəti qələbəsini QAZANDI

Xokkey komandamız növbəti qələbəsini QAZANDI

Hazırda oxunan: Xokkey komandamız növbəti qələbəsini QAZANDI

192091

Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turniri davam edir. 

Bizim.Media xəbər verir ki, tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycanın hokkey komandası ilə yanaşı, Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsil olunurlar. 

Bu gün Azərbaycanın “Baku Flames” komandası İranla qarşılaşıb. Oyun təmsilçimizin 11:6 hesablı qələbəsilə başa çatıb. 

Qeyd edək ki, Azərbaycan ilk oyununda Bəhreyn komandasına 8:3 hesabı ilə qalib gəlmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO