ÇL-in finalının hakimi bilindi

ÇL-in finalının hakimi bilindi

Hazırda oxunan: ÇL-in finalının hakimi bilindi

191888

Çempionlar Liqasının finalında keçiriləcək "Real" - "Borussiya" (Dortmund) oyunu üçün hakim təyinatları müəyyənləşib.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək.

Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.

Qeyd edək ki, iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO