Zaqatalada baş verən qəzanın TƏFƏRRÜATLARI

Zaqatalada baş verən qəzanın TƏFƏRRÜATLARI

Hazırda oxunan: Zaqatalada baş verən qəzanın TƏFƏRRÜATLARI

191884

Zaqatalada baş verən qəzada qazi ölüb, daha iki nəfərin vəziyyəti ağır olaraq qalır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəhşətli qəzanın bəzi təfərrüatları bəlli olub.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcında dayanan “Niva Chevrolet” markalı minik avtomobilinə çırpılıb.

Avtomobillərin toqquşması nəticəsində yaxınlıqdakı İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin dəmir məhəccərinə çırpılıb.

Bu zaman VAZ markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini 44 günlük Vətən Müharibəsi qazisi Samir Həsənov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Həmin avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Heydərov və 1987-ci il təvəllüdlü Ramil Əliyev xəstəxanaya çatdırılıb və onlar dərhal müayinə edilərək, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Yaxınlarının dediyinə görə, Zaur Heydərov çox qan itirib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO