Zülfiyyə Xanbabayeva Şuşada ÇIXIŞ ETDİ - VİDEO

Zülfiyyə Xanbabayeva Şuşada ÇIXIŞ ETDİ - VİDEO

Hazırda oxunan: Zülfiyyə Xanbabayeva Şuşada ÇIXIŞ ETDİ - VİDEO

191633

Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bir çox incəsənət nümayəndələrinin iştirak etdiyi mötəbər mərasimdə Xalq artisti Zülfiyyə Xanbabayeva da çıxış edib.

Sənətçi repertuarında yer alan və dillərdə əzbər  "Şuşanın dağları" əsərini ifa edib. Diqqətçəkən məqam isə nəğmənin sonuncu bəndində dahi Xan Şuşinskinin səsinin yer alması olub. Belə bir təqdimat festivaldakı qonaqlar tərəfindən rəğbət və alqışla qarşılanıb.

Xanbabayeva tədbirə özəl olaraq hazırlaşıb. Xalq artisti ənənəsinə yenə də sadiq qalıb. Belə ki, estrada ulduzu ağ köynək və uzun qara ətək geyinib. Qlamur obrazını isə müğənni çox sayda zinət əşyaları ilə tamamlayıb. 

Onun makiyaj və saç düzümü üzərində stilist və vizajist Elnur Həsənov çalışıb. Hətta Zülfiyyə səhnəyə çıxmazdan əvvəl Elnur onun makiyajını yeniləyib. Bu anları isə müğənni sosial şəbəkə hesabında paylaşıb.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO