Mahir Emreli Belçika klubuna keçə bilər

Mahir Emreli Belçika klubuna keçə bilər

Hazırda oxunan: Mahir Emreli Belçika klubuna keçə bilər

191472

"Dinamo"nun forvardı Mahir Emreli yeni mövsüm üçün bir çox komandalardan təklif alıb.

Bizim.Media xəbər verir ki, millimizin futbolçusu Avropada qalmağı planlaşdırır.

Onu daha çox istəyən klublar isə Belçikanı təmsil edir. Belə ki, Emreli yeni mövsümə Belçikada başlaya bilər. Yüksək liqada mübarizə aparan klublar Mahir üçün hərəkətə də keçib və onu heyətinə qatmaq uğrunda da mübarizəyə başlayıb.

"Dinamo"nun Mahirlə yollarını ayırmaq istədiyi iddia olunur. 26 yaşlı vinger 2022-ci il fevralın 2-də Zaqreb klubuna keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO