“Tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Uydurmadır, qondarmadır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın arxivlərin açılması barədə təklifinə Ermənistan tərəfinin müsbət cavab verməməsinin bir sıra səbəbləri var. Ermənilər belə hesab edirlər ki, o məsələ “oldu-bitdidir”.
Ermənilər arxivləri ona görə açmırlar ki, hər şey üzə çıxacaq və məlum olacaq ki, soyqırımı deyilən bir şey yoxdur. O zaman bütün dünya ermənilərini birləşdirən uydurma vasitə də aradan qalxacaq”.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Türkiyənin erməni patriarxına YAZDI - "Qarabağ böhranının həllindən..."
Bu sözləri Bizim.Media-ya açıqlayan tarixçi alim, millət vəkili Musa Qasımlı onu da dedi ki, erməniləri kilsə, terror təşkilatları və uydurma “soyqırım” birləşdirir:
“Soyqırımın yalan olduğu Daşnaksütyunun, Qınçakın və digər terror siyasi təşkilatlarının arxivlərində də var. Ermənilərin söylədikləri rəvayətlərdən başqa bir şey deyil. Rəsmi sənədlər belə bir soyqırımın olmadığını söyləyir.
Ermənilər arxivləri açmamaqla hesab edirlər ki, bu məsələ “olub və müzakirəsinə ehtiyac yoxdur”. Amma kimin söyləməsindən asılı olmayaraq kəlmələr, cümlələr və bəyanatlar gerçək tarixi dəyişdirə bilməz. Tarixdə “erməni soyqırımı” deyilən bir şey yoxdur”.
Anar Rəhimov, Bizim.Media