Bakıdakı Avropa Kubokunun mükafat fondu açıqlandı

Bakıdakı Avropa Kubokunun mükafat fondu açıqlandı

Hazırda oxunan: Bakıdakı Avropa Kubokunun mükafat fondu açıqlandı

189974

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatında iştirak edəcək komandalar üçün mükafat fondu ayrılıb. 

Bizim.Media Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Avropa Gimnastikası yarışında yenilikdir. 

Mükafat fondunun ümumi məbləği 40.000 avro təşkil edir.

Çarpaz qarşılaşmalarda qalib €8000, ikinci yer €5000, üçüncü yer €3000, dördüncü yer €2000, 5-8-ci yerlərin hər biri €1000, 9-16 yerin hər biri €500 qazanacaq. 

Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib €5000, gümüş medalın sahibi €3500 və bürünc medalın mükafatçısı €2500 sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi €1300, ikinci yeri €1000 və üçüncü yerin sahibini isə €700 gözləyir.
Bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO