Hər ailədə neçə uşağın olması ideal hesab edilir? – MARAQLI AÇIQLAMA 

Hər ailədə neçə uşağın olması ideal hesab edilir? – MARAQLI AÇIQLAMA 

Hazırda oxunan: Hər ailədə neçə uşağın olması ideal hesab edilir? – MARAQLI AÇIQLAMA 

188893

Azərbaycanda aktual olan məsələlərdən biri də ailədəki uşaqların sayıdır. Bəzi şəxslər ailədə çox uşağın olmasını vacib hesab etsələr də, bəziləri əksini düşür. Onların hər birinin özlərinə görə müəyyən arqumentləri də var.

Mövcud reallığı və şərtləri nəzərə alsaq, bir ailədə neçə uşağın olması məqbuldur və ölkənin gələcəyi üçün faydalıdır?

Sosioloq Əhməd Qəşəmoğlu mövzunu Bizim.Media-ya şərh edib. O bildirib ki, ailədə bir və iki uşaq olanda əhalinin təbii artımı azalır:

“Belə olduğu təqdirdə əhali mənfi indekslə inkişaf edir. Ailədə bir uşaq olanda o, eqoist böyüyür, xarakteri düzgün şəkildə formalaşmır. Çünki evdə onun uşaq mühiti yoxdur. Baba, nənə, ata o uşaq mühitini yarada bilmir. Ailədə iki uşaq olanda onların arasında münaqişələr çox olur. Ailədə üç uşaq olanda isə evdə uşaq mühiti formalaşır. İki uşaq dalaşanda üçüncünü hesabına barışırlar. Bu zaman ölkədə əhalinin artımı müsbət indekslə inkişaf edir”.

Ə.Qəşəmoğlu əlavə edib ki, əhalinin artımının azalması təhlükəlidir:

“Çünki belə olanda ölkədə artıq etnik dəyişikliklər baş verir. Hazırda Rusiyada təkliflər irəli sürülür ki, Afrikadan əhali cəlb edilsin. Çünki istehsalatda işləməyə adam yoxdur. Bir vaxtlar İkinci Dünya müharibəsindən sonra Almaniyada belə bir şərait yarandı, türkiyəlilər ora çağırıldı. Fransada oxşar ssenaridə ərəblər gəldi. Etnik tərkibin dəyişməsi ölkənin gələcəyi üçün arzuolunan hal deyil.

Çox böyük artım da yanlışdır. Bu zaman ailələri təmin etmək çətindir. Bundan başqa beynəlxalq güclər müxtəlif fəsadlar törədə bilərlər. Dərin təhlillərim əsasında arzuolunandır ki, bizim ölkədə üçuşaqlı ailə modelini geniş təbliğ edək. Onlar üçün bütün şərait yaratmalıyıq.

Ailədə doğulan uşaq təkcə ana və ataya məxsus deyil, həm də bu ölkənin vətəndaşıdır. Sabah həmin uşaq hərbi xidmətə və ya istehsalata çağırılır. Sosial məsələlər, qanunvericilik, səhiyyə, təhsil və digər önəmli nüanslar elə formalaşmalıdır ki, ailələrin maddi təminatı 3 uşağı böyütməyə kifayət etsin”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO