Təhlükəsizlik məsələsi müzakirə edilməyibsə, niyə Brüssel görüşü səfirlikdə GİZLİ KEÇİRİLDİ?

Təhlükəsizlik məsələsi müzakirə edilməyibsə, niyə Brüssel görüşü səfirlikdə GİZLİ KEÇİRİLDİ?

Hazırda oxunan: Təhlükəsizlik məsələsi müzakirə edilməyibsə, niyə Brüssel görüşü səfirlikdə GİZLİ KEÇİRİLDİ?

185825

Xəbər verdiyimiz kimi, Brüsseldə ABŞ dövlət katibi Blinken, Aİ komisiyasının sədri Ursula fon der Lyayen və Ermənistan baş naziri Paşinyan arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Ermənistan mətbuatı görüşün Ermənistanın Belçikadakı səfirliyində keçirildiyi ilə bağlı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ: “Brüssel görüşü qorxunc hadisələrin anonsudur” – MÜSAHİBƏ 


Buna səbəb kimi isə məxfiliyin qorunması və məlumat sızmasının qarşısının alınması göstərilir.

Qeyd edək ki, aprelin 3-də ABŞ-ın dövlət katibi Antoni Blinken, dünən isə AK-nin Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edib. Onların hər ikisi telefon danışığı zamanı görüşdə əsas məqsədin Ermənistana iqtisadi yardımların göstərilməsi olduğunu iddia ediblər. Antoni Blinken isə Brüssel görüşünün Azərbaycanın siyasi-iqtisadi maraqlarına heç bir zərərinin olmayacağını qeyd edib.

Lakin məxfiliyin qorunması məqsədilə görüşün Ermənistan səfirliyində keçirilməsi onu göstərir ki, müzakirələr zamanı gizli məqamlar da gündəlikdə olub.

Əgər həqiqətən də, Qərb liderlərinin iddia etdiyi kimi əsas müzakirə mövzusu Ermənistana iqtisadi yardımlar olsa idi, bunun üçün görüşün gizli keçirilməsinə ehtiyac qalmazdı.

Buradan isə belə aydın olur ki, İlham Əliyevin Antoni Blinkenlə telefon danışığında qeyd etdiyi kimi, Brüssel görüşündə Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO