Azərbaycanlı rəssam “Qafqazın Pikassosu”dur - Almaniyalı publisist - FOTO

Azərbaycanlı rəssam “Qafqazın Pikassosu”dur - Almaniyalı publisist - FOTO

Hazırda oxunan: Azərbaycanlı rəssam “Qafqazın Pikassosu”dur - Almaniyalı publisist - FOTO

18545

Almaniyanın “wildeast” portalında alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin müəllifliyi ilə “Rasim Babayev - Qafqazın Pikassosu” başlıqlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, müəllif məqaləsində Qərbdə nisbətən az tanınan rəssam Rasim Babayevi təqdim edib. Bildirib ki, 1945-1949-cu illərdə Bakıda Dövlət Rəssamlıq Məktəbində təhsil alan R.Babayev təhsilini davam etdirmək üçün Moskvaya gedir.

Lakin onun sənət baxımından Moskvadan olan gözləntiləri özünü doğrultmur. Puşkin muzeyində həqiqi sənət nümunələri əvəzinə Stalinə hədiyyə məqsədilə verilmiş çoxsaylı, yaradıcı nöqteyi-nəzərdən zəif əsərlərlə rastlaşır.
 

MÖVZU İLƏ BAĞLI:

Yeganə keçəci rəssam dəfn olundu - FOTO


1956-cı ildə o, əsərlərindəki “formalizmə” (formanın daha əhəmiyyətli olması) görə tənqid olunur, daha sonra təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdır və ömrünün sonuna – 2007-ci ilədək Bakıda fəaliyyət göstərir.

Müəllif əslən Bakıdan olan ekspressionist sənətkarın Abşeron rəssam məktəbinin məşhur təmsilçisi olduğunu vurğulayır.

Məqalədə qeyd olunub ki, azad yaradıcı ruha malik R.Babayevin əsərlərində uşaqlıqdan oxuduğu nağıllar vasitəsilə onun xatirələrində dərin iz buraxmış “div” (qorxunc varlıq) motivləri üstünlük təşkil edib.
 

Sovetlər İttifaqındakı rejimə qarşı tənqidi yanaşan sənətkar öz əsərlərində bu motivlərdən sovet rəhbərlərini təsvir etmək üçün də istifadə edib. Bildirilib ki, 1991-ci ildə rəssamın əsas arzularından biri həqiqətə çevrilir, belə ki, vətəni Azərbaycan müstəqilliyini əldə edir.


Məqalədə bildirilib ki, Rasim Babayev 20-ci əsrin ən görkəmli Azərbaycan rəssamlarından biri hesab olunur. 2008-ci ildə Nyu-Yorkda, 2014-cü ildə isə Sankt-Peterburqdakı Rusiya Muzeyində R.Babayevin əsərlərinin təqdimatı keçirilib. Hazırda R.Babayevin əsərlərinə Azərbaycan, Rusiya, ABŞ və Fransa muzeylərində və qalereyalarında rast gəlmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO