Ramazanın 8-ci gününün duası: İmsak və iftar vaxtı - FOTO

Ramazanın 8-ci gününün duası: İmsak və iftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 8-ci gününün duası: İmsak və iftar vaxtı - FOTO

18534

Sabah Ramazan ayının səkkizinci günüdür. 

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 21-də imsak vaxtı saat 04:17-də, iftar vaxtı isə 19:40-dadır.  

Aprelin 21-i üçün namaz vaxtları:

Sübh azanı 04:27 

Zöhr azanı 12:39 

Əsr azanı 17:27 

Məğrib azanı 19:40 

İşa azanı 20:46 

Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“İlahi, Bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi,sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə. Öz qüdrətin sayəsində, Ey ümid edənlərin pənahı!”.

İftar duası: 

“İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”. 

Allah orucunuzu qəbul etsin! 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO