“Çelsi”nin futbolçuları Poçettinonun istefasını tələb edir

“Çelsi”nin futbolçuları Poçettinonun istefasını tələb edir

Hazırda oxunan: “Çelsi”nin futbolçuları Poçettinonun istefasını tələb edir

185232

“Çelsi”nin bir neçə futbolçusu baş məşqçi Maurisio Poççetinonun istefaya göndərilməsini istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

İngiltərə Premyer Liqasının 30-cu turunda “Çelsi” “Bernli” ilə heç-heçə edib (2:2). Bu matçdan sonra “Çelsi”nin bəzi futbolçuları London klubunun rəhbərliyi ilə danışıb və orada məşqçidən narazılıqlarını bildiriblər. Onlar rəhbərliyə açıq şəkildə deyiblər ki, Poççettinonun istefasını istəyirlər.

“Çelsi” hazırda 40 xalla turnir cədvəlinin 11-ci pilləsindədir. Komanda növbəti turda “Mançester Yunayted”lə qarşılaşacaq.
Poçettino 2023-cü ildən “Çelsi”ni çalışdırır. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO