Daşaltıda şəhid olan əsgərin nəşi ailəsinə verilib

Daşaltıda şəhid olan əsgərin nəşi ailəsinə verilib

Hazırda oxunan: Daşaltıda şəhid olan əsgərin nəşi ailəsinə verilib

18513

Son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb.

Bu barədə Bizim.Media-ya Respublika Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub və şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO