Anar Rzayev: “Avtobusların sayı artırılacaq”

Anar Rzayev: “Avtobusların sayı artırılacaq”

Hazırda oxunan: Anar Rzayev: “Avtobusların sayı artırılacaq”

184907

“Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayının artırılması hədəflənir”.

Bizim.Media xəbər verir ki, bunu “Real” TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

“İctimai nəqliyyatda dəyişikliklər olacaq. Ölkəyə elektrik mühərrikli avtobuslar gətirilib. Marşrutlarda avtobusların yerlərini dəyişdirməklə biz avtobusların yüklülüyün azalmasına nail olmuşuq. Hazırda avtobusların daxilində yer var. Bakının yeni marşrut şəbəkəsi hazırdır. Biz onu rəqəmsal əkizə ötürmüşük. Marşrut xətlərinin sayı azalacaq, marşrutlarda avtobusların sayı artacaq. Bir-birini təkrarlayan marşrutlar dəyişdiriləcək. Məqsəd odur ki, fərdi nəqliyyat vasitələrindən avtobuslara keçid olsun və sıxlıq azalsın. Bakının avtomobillərdən daha çox piyada yönümlü olması üçün addımlar atılır”, - deyə o qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO