Dünyanın ən böyük stadionu bu ölkədə TİKİLƏCƏK 

Dünyanın ən böyük stadionu bu ölkədə TİKİLƏCƏK 

Hazırda oxunan: Dünyanın ən böyük stadionu bu ölkədə TİKİLƏCƏK 

184873

Mərakeş 2030-cu il dünya çempionatı üçün tikməyi planlaşdırdıqları yeni stadionun layihəsini təqdim edib.

Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, stadion "Grand Stade de Casablanca" adlanacaq. 

Arenanın tribunaları 115 min tamaşaçı tutacaq ki, bu da dünyanın bütün digər stadionlarının tamaşaçı tutumundan çoxdur. 

Stadion Əl-Mənsuriyyə şəhərində inşa olunacaq. 

Mərakeşlilər bu stadionu tikməklə İspaniya və Portuqaliya ilə birlikdə ev sahibliyi edəcəkləri 2030-cu il dünya çempionatının finalına da ev sahibliyi etmək hüququ əldə etmək istəyirlər. İspaniya tərəfi isə finalı Madrid və ya Barselonada keçirməyə ümid edir. 

Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək.

DÇ-2030-da ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. 3 oyun Cənubi Amerikada baş tutacaq. Açılış oyunu Uruqvayda olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO