Bakıda 9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ 

Bakıda 9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ 

Hazırda oxunan: Bakıda 9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ 

184104

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. 

Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb. 
Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 

Mərkədən bildirilib, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO