Tarixdə ilk: Bu dərmanı istifadə edən bütün xərçəng xəstələri SAĞALDI

Tarixdə ilk: Bu dərmanı istifadə edən bütün xərçəng xəstələri SAĞALDI

Hazırda oxunan: Tarixdə ilk: Bu dərmanı istifadə edən bütün xərçəng xəstələri SAĞALDI

184021

ABŞ-da aparılan kiçik bir klinik sınaqda hər bir xəstəni müalicə edən xərçəng dərmanı tapılıb.


Sfera.az bildirir ki, “New England Journal of Medicine”də dərc edilən araşdırmada düz bağırsaq xərçəngi diaqnozu qoyulan 12 xəstənin hamısının “Dostarlimab” adlı dərmanın qəbulundan 6 ay sonra sağaldığı bildirilib.


Araşdırmanın aparıcı müəllifi dr. Luis A.Diaz “New York Times” qəzetinə açıqlamasında xərçəng tarixində ilk dəfədir ki, belə bir şeyin baş verdiyini deyib.
“Dostarlima” dərmanının səbəb ola biləcəyi yan təsirlərə görə tədqiqatların davam etdirilməli olduğu bildirilir. Lakin bu dərmanın istifadə edildiyi xəstələrdə hələlik heç bir əhəmiyyətli yan təsir müşahidə edilməyib.


“Dostarlimab” endometrial xərçəngin müalicəsində istifadə edilən immunoterapiya dərmanıdır.  Dərman xərçəng hüceyrələrini aşkar edərək, immunitet sisteminə onları tanıyıb məhv etməyə yönləndirir.

Əzizə Zeynal 
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO