Şahbuzda avtomobil yolunda dağ uçqunu baş verib - FOTO

Şahbuzda avtomobil yolunda dağ uçqunu baş verib - FOTO

Hazırda oxunan: Şahbuzda avtomobil yolunda dağ uçqunu baş verib - FOTO

183398

Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda dağ uçqunu baş verib.

Bizim.Media xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən nuhcixan-a verilən məlumata görə, gün ərzində muxtar respublikada intensiv yağan yağışlar nəticəsində dağ uçqunu qeydə alınıb.

Zərnətun körpüsünün yaxınlığına iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO