"Bir neçə gün konsert verməyə Xəyyam Nisanovun səsi yox, pulu çatar".
Bizim.Media xəbər verir ki, bu haqda müğənni Nura Suri qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi bildirib ki, Əməkdar artist Xəyyam Nisanov onu toylardan "vurur":
"Məcburi aramızda "salam-sağol"umuz var. Biz eyni məclislərə demək olar ki, düşmürük. Çünki Xəyyamın gəşəng bir xüsusiyyəti var - istəmədiyi müğənnini toydan "vura" bilir. Mənə qarşı belə şeylər Xəyyam tərəfindən olub. Aramızda bu məsələləri də aydınlaşdırmağa variant yoxdur".
Rəşad Əliyev, Bizim.Media