NATO-nun Baş katibi Yens Stoltenberq 17-19 mart tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. Baş katib Stoltenberq sabah Bakıda olacaq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Bəs Cənubi Qafqaz ölkələrinə səfərin məqsədi nədir?
NATO-nun media əməliyyatlarının rəhbəri Mark Sanders Bizim.Media-ya bildirib ki, səfərin əsas məqsədi Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də birgə tərəfdaşlığa əsaslanır.
"Gürcüstan, Ermənistan və Azərbaycan NATO-nun dəyərli tərəfdaşlarıdır. Gürcüstan aspirant ölkədir və biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Ermənistan və Azərbaycanla uzun müddətdir əlaqələrimiz var. Baş katibin səfəri Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi fonunda Cənubi Qafqazda sabitliyə və regional tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Nəzərə alın ki, sabah baş katib və prezident Əliyevin birgə mətbuata bəyanatları olacaq", - deyə Mark Sanders qeyd edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 16.03.2024
NATO baş katibi Cənubi Qafqaz ölkələrinə niyə SƏFƏR edir? - NATO-dan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: NATO baş katibi Cənubi Qafqaz ölkələrinə niyə SƏFƏR edir? - NATO-dan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: NATO baş katibi Cənubi Qafqaz ölkələrinə niyə SƏFƏR edir? - NATO-dan ÖZƏL AÇIQLAMA
182894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.