Rusiyalı politoloq: “Fransa heç vaxt Cənubi Qafqazdakı proseslərə daxil ola bilməz” – ÖZƏL 

Rusiyalı politoloq: “Fransa heç vaxt Cənubi Qafqazdakı proseslərə daxil ola bilməz” – ÖZƏL 

Hazırda oxunan: Rusiyalı politoloq: “Fransa heç vaxt Cənubi Qafqazdakı proseslərə daxil ola bilməz” – ÖZƏL 

182749

“Fransanın hazırki beynəlxalq statusu heç də ürəkaçan deyil. Buna misal olaraq Fransanın illərdir Afrikada davam edən hökmranlığını itirməsini göstərmək olar. Hazırda baş verən dəyişikliklər Fransanın regionda necə qüvvədən düşməsinin göstəricisidir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.

“Ermənistan özünü Qərbə satmağa çalışır”

Fransanın Afrikadan sonra Cənubi Qafqazda ağalıq etmək istəyinin baş tutmayacağına diqqət çəkən Pritçin, Ermənistanın da çox şey itirəcəyini dilə gətirib:

“Makron və onun komandası özünü elə göstərmək istəyir ki, guya onlar öz güclərini itirməyiblər. Cənubi Qafqaz isə onların bəzi planlarını həyata keçirməkdə hansısa rol oynayır. Burada da Ermənistandan faydalanırlar. Çünki hazırda Ermənistanın da müxtəlif oyunlara ehtiyacı var. Onlar Rusiya ilə əməkdaşlıqlarını minimuma endirib, özlərini Qərbə “satmaq” fikrindədirlər. Bu isə Fransa üçün böyük bir fürsətdir və onlar bundan istifadə edərək Cənubi Qafqaza daxil olmaq istəyirlər. 

Fransanın Ermənistanın real bir qarantı olmasına gəlincə, bu, böyük bir sualdır. Regiondakı vacib gerçəklikləri nəzərə alsaq, görərik ki, Fransanın Ermənistana zamin dura bilməsi çətin görünür”. 

“Fransa-Rusiya münasibətləri daha da korlanacaq”

Fransanın Qafqaz regionundan Rusiyaya cəbhə açmaq istəməsini şərh edən politoloq, Moskva və Parisin münasibətlərinin daha da geriləyəcəyini deyib:

“Hazırda Rusiyanın bəzi parametrlər üzrə əl-qolu bağlıdır. Əsas diqqət Ukrayna gerçəkliyinə yönəlib. Bir sıra rəqiblər bu istiqamətdə öz şanslarını yüksəltmək istəyirlər. Buna görə də, Rusiyanın başı qarışdığından, o, Fransaya birbaşa cavab verə bilməyəcək. İndiki zamanda bizim onlarla əməkdaşlığımızın səviyyəsi getdikcə aşağı düşə bilər. Çünki Fransa NATO üzvüdür və onlar Ukraynanı dəstəkləyirlər.
Fransanın mövqeyi bəllidir. Cənubi Qafqazda isə Rusiyanın mövqeyi və hədəfləri aydındır. Kremlin məqsədi hazırda sülh müqaviləsinin imzalanması və bunun Moskva formatında həyata keçirilməsidir. Fransa formatına gəldikdə isə məncə, bu mümkün variant deyil. Çünki hazırda biz Fransanın Azərbaycana qarşı olan açıq-aşkar qərəzli mövqeyini görürük. Fransanın regionda sülh tərəfdaşı olması real görünmür”, - deyə S.Pritçin əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO