\

\"Qarabağ\" tarixi oyununa HAZIRLAŞIR

Hazırda oxunan: \"Qarabağ\" tarixi oyununa HAZIRLAŞIR

182610

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu mərhələnin cavab matçına çıxacaq.

Ağdam klubu Almaniyada bundesliqanın lideri "Bayer"in qonağı olacaq. Oyun yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır.

Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.

Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib.  

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. "Bay-Arena"

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO