Mars planetində helikopterin ilk sınaq uçuşu həyata keçiriləcək

Mars planetində helikopterin ilk sınaq uçuşu həyata keçiriləcək

Hazırda oxunan: Mars planetində helikopterin ilk sınaq uçuşu həyata keçiriləcək

18222

“Perseverance” aparatının göyərtəsində Mars planetinə göndərilmiş “Ingenuity” helikopterinin ilk sınaq uçuşunu gələn həftənin bazar ertəsi günü həyata keçirilə bilər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, belə bir açıqlama ABŞ Milli Aviasiya və Kosmik Məkanın Araşdırılması İdarəsinin (NASA) saytında dərc edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Marsda göy qurşağı... – NASA-dan VİDEO


Məlumata görə, helikopterin sınaqlarına ABŞ-ın Şərq sahili vaxtı ilə təxminən saat 03:30-da (Bakı vaxtı ilə 11:30-da) başlanılacaq.

Bu zaman sınaq haqqında məlumatlar “Yer kürəsinə bir neçə saatdan sonra çatacaq”. Test uçuşu təxirə salınmazsa, NASA mütəxəssisləri saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00) brifinq keçirəcəklər.

Qeyd edək ki, daha əvvəl “Ingenuity”nin aprelin 11-nə planlaşdırılan ilk uçuşu bir neçə dəfə təxirə salınıb. Bununla yanaşı, NASA helikopterin bütün sistemlərinin normal işlədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO