Türkiyədə icbari fəlakət sığortası tətbiq ediləcək

Türkiyədə icbari fəlakət sığortası tətbiq ediləcək

Hazırda oxunan: Türkiyədə icbari fəlakət sığortası tətbiq ediləcək

181606

Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek məlumat verib.

O bildirib ki, 2024-cü il üçün islahat proqramının tərkib hissələrindən biri də mövcud sığortanın əhatə dairəsini genişləndirməkdir:

“İcbari zəlzələ sığortası bəzi ölkələr üçün nümunədir. Türkiyə zəlzələ zonasıdır, bu, bir həqiqətdir”.

Bu sığortanın tətbiqinə ilin 3-cü və ya 4-cü rübündə başlanacağını deyən nazir qeyd edib ki, zəlzələ sığortasının əhatəsi çox məhduddur:

“Yalnız binaları əhatə edir. Fəlakət sığortası isə bütün digər riskləri də əhatə edəcək. 2000-ci ildə islahat aparıldı, icbari zəlzələ sığortası tətbiq olundu. İndi bir addım da irəli getmək və iqlim dəyişikliyini nəzərə almaq lazımdır. Təbii fəlakətlərin artması riskinə qarşı tədbir olaraq, icbari fəlakət sığortası tətbiq edəcəyik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO