“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

Hazırda oxunan: “Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

181173

“Neftçi” komandası ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, açıqlamada klub tərəfindən tərəfdarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:

“Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib. Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO