Qurban Qurbanov: “Bu heyəti

Qurban Qurbanov: “Bu heyəti "Bayer"ə qarşı matçda da meydana çıxaracağam”

Hazırda oxunan: Qurban Qurbanov: “Bu heyəti "Bayer"ə qarşı matçda da meydana çıxaracağam”

180945

“İstəkli komandaya qarşı oynadıq. Bugünkü atmosfer möhtəşəm idi. Bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" komandasına qarşı keçirəcəkləri ilk oyunda da bu heyətə güvənəcək: "Bu matçdakı heyəti "Bayer"ə qarşı matçda da meydana çıxaracağam. Böyük dəyişiklik olmayacaq".

Mütəxəssis matçda dördüncü qolun müəllifi olan Leandro Andradenin çıxışına da toxunub:

"Andradenin çox yaxşı potensialı var. Sadəcə, daha çox üzərində işləməlidir. Mən bütün futbolçularıma güvənirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO