Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Hazırda oxunan: Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

180711

Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yaxadəllək kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Bayramova Günel Eldar qızı və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Səmədova Gülnar Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO