Azərbaycanda bir ildə cinayət məsuliyyətinə cəlb edilən koronavirus xəstələrinin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə ötən ilin martından bu günə qədər 914 nəfər barəsində cinayət işi başlanıb.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan rus peyvəndinin istehsalına başlaya bilər” - Matviyenko
Bu cinayətlər karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görədir.
Onlardan 42 nəfəri barəsində həbs, 4 nəfəri barəsində isə polisin nəzarəti ilə qətimkan tədbiri seçilib.
Cinayət məsuliyyətinə cəlb olunanlardan 146 nəfəri bu ilin payına düşür.
Alçina Amilqızı, Bizim.Media