“Zirə” “Neftçi”nin sabiq legioneri ilə anlaşıb

“Zirə” “Neftçi”nin sabiq legioneri ilə anlaşıb

Hazırda oxunan: “Zirə” “Neftçi”nin sabiq legioneri ilə anlaşıb

180533

“Zirə” klubu yeni legionerlə güclənib. 

Bizim.Media xəbər verir ki, qəsəbə klubu Sezar Meza Kolli ilə anlaşıb.

Vaxtilə ölkəmizdə “İnter” (indiki “Şamaxı”) və “Neftçi”nin şərəfini qorumuş paraqvaylı sabah yenidən Azərbaycana təşrif buyuracaq. 

2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən, bu müddətdə 55 oyunda meydana çıxan və 6 qol vuran yarımmüdafiəçi ötən ilin iyununda burdan ayrılmışdı. Cənubi amerikalı ötən ayları Səudiyyə Ərəbistanının birinci divizion klubunda - "Ohod"da keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO