Müəllimlərin maaşına əlavələr üçün büdcədən yarım milyard manat ayrılacaq - RƏSMİ

Müəllimlərin maaşına əlavələr üçün büdcədən yarım milyard manat ayrılacaq - RƏSMİ

Hazırda oxunan: Müəllimlərin maaşına əlavələr üçün büdcədən yarım milyard manat ayrılacaq - RƏSMİ

180466

“2024-cü ildə əlavə olaraq  25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi keçiriləcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib. 

Nazir qeyd edib ki, prosesə riyaziyyat,  Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək. 
Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib. 

2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqqılarına əlavələr üçün büdcədən ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO