Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb

Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb

Hazırda oxunan: Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb

179984

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişovun idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü və 4 şərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, həmin istiqamətdə yolda təmir işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO