Ramiz Mehdiyevin məğlub olduğu adam - AMEA-ya QAYIDIŞ

Ramiz Mehdiyevin məğlub olduğu adam - AMEA-ya QAYIDIŞ

Hazırda oxunan: Ramiz Mehdiyevin məğlub olduğu adam - AMEA-ya QAYIDIŞ

17954

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-nın 500 əməkdaşının bağ sahəsi əlindən alındı? – QALMAQAL - FOTO


“Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalısın”.

Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılmışdı.

Məhkəmə onun vəzifəsinə bərpasına qərar vermişdi.

Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO