Paşinyan üçün daha bir PROBLEM: İqtisadiyyat naziri tapa bilmir 

Paşinyan üçün daha bir PROBLEM: İqtisadiyyat naziri tapa bilmir 

Hazırda oxunan: Paşinyan üçün daha bir PROBLEM: İqtisadiyyat naziri tapa bilmir 

179336

“Təxminən bir həftə əvvəl Vaan Kerobyan Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən istefa verib. Vakant nazir postuna əvəzləyici tapmaq Nikol Paşinyan üçün problemə çevrilib. Rəsmi mənbələrdən öyrəndik ki, onlar uyğun namizəd tapa bilmirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Mətbuatda belə bir informasiya yayılıb ki, nazir vəzifəsinə "Mülki müqavilə" partiyasından olan deputatlar Gevorq Papoyan və Babken Tunyanın adları hallanır. Ancaq Paşinyan onları parlamentdən uzaqlaşdırmaq fikrində deyil, çünki qanunverici orqanın tərkibində qanunvericiliyi az-çox başa düşən bir sıra deputatlar var. Tunyanın özü isə nazir postunu tutmaq istəmir.
Çox güman ki, Avrasiya İqtisadi Komissiyasının (AİK) sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiya üzvü Artak Kamalyan nazir təyin olunacaq. Onun səlahiyyət müddəti bir neçə gün əvvəl başa çatıb. Namizədliyi 1 fevral 2020-ci il tarixində 4 il müddətinə AİK-ə göndərilib.

Bundan əvvəl o, kənd təsərrüfatı və iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Artak Kamalyan AİK-in kollegiyasında artıq bir neçə ildir ki, inteqrasiyanın inkişafı departamentinə rəhbərlik edən Qoar Barseqyanla əvəzlənəcək”, - nəşr qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO