Çempionlar Liqası: “Portu” qalib gəldi, “Barselona” heç-heçə etdi

Çempionlar Liqası: “Portu” qalib gəldi, “Barselona” heç-heçə etdi

Hazırda oxunan: Çempionlar Liqası: “Portu” qalib gəldi, “Barselona” heç-heçə etdi

179307

İtaliyanın "Napoli" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ev oyununda İspaniyanın "Barselona" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, görüş Neapolda baş tutub.

Matçda (60-cı dəqiqə) hesabı “Barselona”nın hücumçusu Robert Levandovski açıb. Cavab qolunu meydan sahiblərinin hücumçusu Viktor Osimhen vurub (75).

Günün digər oyununda isə Portuqaliyanın “Portu”su evdə İngiltərə “Arsenal”ına minimal hesabla qalib gəlib - 1:0. Cavab oyunları martın 12-də müvafiq olaraq Barselona və Londonda keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO