Balakəndə dördotaqlı ev YANIB - FOTO

Balakəndə dördotaqlı ev YANIB - FOTO

Hazırda oxunan: Balakəndə dördotaqlı ev YANIB - FOTO

179279

Axşam saatlarında Balakən rayonunun Gərəkli kənd sakini Pədima Əlisoltanovaya məxsus mənzildə yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, bu zaman mənzildə heç kim olmadığından yanğın tez alovlanıb. 

Hadisədən qonşular gec xəbər tutub. 

Yanğının söndürülməsi üçün Gərəkli kəndinə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Bütün cəhdlərə baxmayaraq, mənzildəki yanğını söndürmək mümkün olmayıb. Ev əşyaları ilə birlikdə yanıb. 
Ətrafdakı tikililər yanğından mühafizə olunub.Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO