Kamil Zeynallıya qarşı irəli sürülən maddələr AÇIQLANDI 

Kamil Zeynallıya qarşı irəli sürülən maddələr AÇIQLANDI 

Hazırda oxunan: Kamil Zeynallıya qarşı irəli sürülən maddələr AÇIQLANDI 

179200

Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılıb. 

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Kamil Zeynallıya qarşı irəli sürülən ittihamın surəti paylaşılıb. 

Sözügedən sənədə əsasən, ittihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunur. 

Ermənistan Cinayət Məcəlləsinin sözügedən maddələri bunları əhatə edir: 

135-ci maddə (İnsanlığa qarşı cinayətlər): 

- 135.1.1. – qətl 

- 135.6.1. – işgəncə 

135.11.1. - insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər. 

CM-in 140-cı maddəsi (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər): 

- 140.2.2. Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək. 

147.1 

- Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək. 

Maddə 149 (Təcavüz) 

- 149.1. 1. Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxs tərəfindən təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi. 

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO